Türkiyənin “Fənərbaxça” klubunun gənc ulduzu Arda Gülər İspaniyada oynamağa yaxındır. Vətəninfo.az xəbər verir ki, Arda Güləri uzun müddətdir izlədiklərini açıqlayan Kataloniya komandasının rəhbəri Joan Laporta transfer danışıqlarının davam etdiyini vurğulayıb.
Laporta: “Arda çox gənc oyunçudur. Oyunçu izləmə departamentimiz onu uzun müddətdir izləyir. Avropanın bütün böyük klubları onu istəyir. Biz də “Fənərbaxça” ilə danışıqlar aparırıq”.