Portuqaliyanın “Portu” klubunun sabiq futbolçusu Karlos Alberto İtaliyanın “Roma” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyonun Braziliya millisinə rəhbərlik edə biləcəyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, Karlos Alberto bu təyinatın tezliklə reallaşacağını dilə gətirib.
“Birbaşa deyim ki, Joze Mourinyonun Braziliya millisinə baş məşqçi təyin olunması mümkündür. O, məndən məşqçilər korpusuna qoşulmağı və onunla işləməyi xahiş etdi” – deyə Carlos Alberto Mundo GV -nin efirində bildirib.
Karlos Alberto 2004-cü ildə Mourinyonun rəhbərliyi altında “Porto”da çıxış edib.
Titenin istefasından sonra Braziliya millisinin baş məşqçi postu boş qalıb.