“Qarabağ”ın hücumçusu Olavio Juninyo İspaniyanın “Sevilya” klubuna keçməkdən imtina edib.
Forvard Braziliyanın “Flamenqo” klubunu seçib, ona ispanların təklifindən üç dəfə çox maaş təklif olunub. “Qarabağ” 5 milyon avro təzminat alacaq.
Daha əvvəl Juninyo “Sevilya”nın şərtlərindən iki dəfə çox olan Flamenqonun təklifini rədd etmişdi.
Braziliyalı “Qarabağ”ın əsas qolçusu olub, Azərbaycan Premyer Liqasında ötən mövsümün bombardiri olub.