image-316268213_10222234513311397_6530678844778641512_nbackend

Jurnalistdən Mədəniyyət Nazirinə ŞOK İTTİHAM: Şəhidin bacısı işdən niyə qovulub?

image-reklam_sirab_01
Jurnalist Səbuhi Abbasov Vətən Müharibəsi şəhidi İlkin Ağakişiyevin bacısınını işdən qovulması ilə bağlı status paylaşıb. Vətəninfo.az xəbər verir ki, jurnalist statusunda şəhid bacısının işlədiyi vakansiyaya digər bir şəxsin 9500 manat rüşvət müqbilində işə götürüldüyünü qeyd edib.
Statusu təqdim edirik:
“Deməli, ötən ay Şəhid İlkin Ağakişiyev haqqında çəkdiyimiz filmi təqdim elədik. (Qısa anons və linki sonda əlavə edəcəm). İlkin evin tək oğlu idi, cəmi 1 bacısı var, atası ağır xəstə, anası da pərişan… Ata, ana deyir ki, bu gün, sabah dünyamızı dəyişəcəyik, qızımız ortalıqda qalmasın, bir işin yiyəsi olsun, kolleci bitirib, diplomu yerdə qalmasın.
Və bu minvalla müəyyən qurumlara, hətta, 1-ci Vitse-Prezident Mehriban Aliyevaya müraciət edirlər. Müraciət qısa zamanda icra edilir və İlkinin əmanəti, bacısı Aytac Mingəçevirdə, musiqi məktəbində işə düzəlir. Üstündən cəmi bir necə ay keçir və Aytacı “akreditasiyada 5-10 bal az topladın” deyib oradan qovurlar. Araşdırdım, Bərdə Regional İdarədən qeyri-rəsmi deyildi ki, onu qovan biz yox, Bakıdır, şəxsən nazirdir: “Bu, bizim yox, nazir Anar Kərimovun qərarıdır” dedilər. Şəhidin ailəsi isə deyir ki, Aytacın əmrinin mürəkkəbi qurumamış yerinə götürdükləri adamdan, təxminən, 9500 manat rüşvət alınıb. Mən üzümü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə tuturam, şəxsən nazir Anar Kərimova tuturam, o qızı, Aytacı işinə bərpa eləyin, sübut edin ki, rüşvət almamısınız, sübut edin ki, deyilənlər yalandır. Bəli, 5-10 bal az toplaya bilər. Ancaq onun qardaşı, Şəhid İlkin 44 günlük savaşda bacısı əvəzinə bütün mümkün balları toplayıb, ömürlük keçirib onu bütün sınaqlardan. Bütün bu deyilənlərə inanmaq istəmirəm, şəxsən utanıram, xəcalət çəkirəm. Əgər Aytac işinə geri dönməzsə, deməli, deyilənlər tam həqiqət imiş… Hər bir halda, biz hamımız Aytacın qardaşıyıq və sona qədər onun yanında olacağıq!!!”
P.S. Mədəniyyət Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki