Vətəninfo.az xəbər verir ki, jurnalist Könül Aypara sosial şəbəkədəki hesabında başına gələn xoşagəlməz hadisə ilə bağlı şok paylaşım edib. O, “Kaddeh Bulvar” restoranında üzləşdiyi özbaşınalıqlardan, VÖEN-siz fəaliyyətdən və süni şəkildə şişirdilmiş hesablardan bəhs edib.
Jurnalistin Facebook-da yayadığı həmin yazıda qeyd edir ki,Bakının məşhur iaşə obyektlərindən biri olan “Kaddeh Bulvar” restoranında onun hüquqları kütləvi şəkildə pozulub. İllərdir həmin restoranın müştərisi olduğunu qeyd edən Könül Aypara, ilk dəfə hesabı diqqətlə yoxlayarkən ciddi qanunsuzluqlarla və istehlakçı aldadılması halları ilə üzləşib.

Onun sözlərinə görə, baş verənlər sadəcə xidmət səhvi deyil, sistemli şəkildə qurulmuş özbaşınalıqdır: “Sifariş olunan toyuq nagetsləri yerinə hesaba hərəsi 20 AZN olmaqla “naqets salatı” yazılıb. Restoran işçiləri isə təkidlə nagets vermədiklərini, onlara salat yediyini iddia edirdi”. Könül Aypara qeyd edir ki, hesaba heç bir əsas olmadan “sınmış qab” adı ilə depozit məbləği də əlavə olunmuşdu. Restorana əvvəlcədən köçürülən 50 AZN məbləğində beh kartdan karta birbaşa köçürmə yolu ilə alındığını qeyd edən jurnalist bu halın da vergidən yayınma üsullarından biri olduğunu vurğulayı: “ Təqdim olunan kassa çeklərində VÖEN-in qeyd olunmaması obyektin qanunsuz şəkildə fəaliyyət göstərdiyini ortaya çıxarır. Restorandakı yüksək səsin, gurultulu DJ musiqisinin və qaranlıq atmosferin müştərilərin hesabı yoxlamasına mane olmaq üçün qəsdən yaradıldığına şübə etmirəm. Səs-küy və işçilərin etirazlarından sonra məsələyə obyektin rəsmisi -Türkiyə vətəndaşı Hakı bəy müdaxilə etdi. Haqlı olduğumu görən rəhbərlik artıq yazılan məbləğləri və “depozit” adını hesabdan çıxardı. Lakin bu cür halların hər gün yüzlərlə insana qarşı təkrarlandığını şübhəsizdi və aidiyyəti qurumları məsələni nəzarətə götürməyə və istehlakçı hüquqlarını qorumaq üçün zəruri addımlar atmağa çağırıram”.
Vətəninfo.az


























