Rusiyanın hakim “Vahid Rusiya” partiyası Çeçenistan rəhbəri vəzifəsinə Ramzan Kadırovun namizədliyini irəli sürüb.
Vətəninfo.az xəbər verir ki, qərar partiyanın Qroznıda keçirilən regional bölməsinin konfransında yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Ramzan Kadırov 2011-ci ildən Çeçenistanın rəhbəri vəzifəsini tutur. Ona qədər, 2007-2011-ci illərdə respublikanın prezidenti, 2005-2006-ci illərdə isə baş naziri vəzifələrini tutub.


























