image-2backend

Kaliforniya sakini 2,04 milyard dollarlıq tarixi cekpot qazanıb

image-reklam_sirab_01

“The Guardian” yazır ki, ABŞ-ın Kaliforniya ştatının sakini Edvin Kastro “Powerball” lotereyasında 2,04 milyard dollarlıq tarixi cekpot udub.

Vətəninfo.az xəbər verir ki, milyarder mükafatı 29 il ərzində tam şəkildə almağı seçmək əvəzinə, 997,6 milyon dolları birdəfəlik almaq qərarını verib.

Kastro çərşənbə axşamı Kaliforniyada lotereya rəsmilərinin keçirdiyi mətbuat konfransında çıxış etmək dəvətindən imtina edib. Lakin Kaliforniya lotereyasının qaliblərinin adlarının dərc edilməsi qanunla tələb olunur, buna görə də rəsmilər tədbir zamanı onun adından bəyanatı oxuyaraq adını açıqladılar.

Kastro xoşbəxt olduğunu söylədi, çünki qazandığı lotereya Kaliforniya dövlət məktəblərinə rekord məbləğdə – 156 milyon dollar qazandırdı.

Belə uduşlar adətən federal vergilərə tabedir və bu, ödənişi üçdə birdən çox azaldır. Bununla belə, Kaliforniya Powerball lotereya uduşlarına vergi tətbiq etməyən ABŞ-ın səkkiz ştatından biridir.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki