image-342968593_250895207399509_8404829976700062573_nbackend

Keçmiş səfir: “İrəvanla Ankaranın mübahisəsi təkcə 24 aprellə bağlı deyil, Qarabağ da var”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani İLNA-ya müsahibəsində deyib: “İndiki şəraitdə 24 aprel məsələsinin hansı əhəmiyyətə malik olduğunu bilmək üçün Türkiyə-Ermənistan əlaqələrinə müraciət etməliyik. Fakt budur ki, hər iki tərəf, xüsusilə Yerevan bir-birinə ehtiyac duyur və ikitərəfli münasibətlərin normallaşmasını istəyir. Amma fikrimcə, 24 aprel müzakirəsindən kənarda fikir ayrılıqlarını daha da kəskinləşdirən mövzu İrəvan-Bakı münaqişəsi olub və yeri gəlmişkən, Türkiyə də bu işdə Azərbaycanı dəstəkləyir”.

Ekspertin fikrincə, Türkiyə hesab edir ki, Azərbaycan əraziləri Bakıya verilməyənə qədər Ermənistanla ciddi danışıqlara getmək olmaz və o vaxta qədər münasibətlərin normallaşmasından söhbət gedə bilməz. Xatırlayırıq ki, 2010-cu ildə Sürixdə iki tərəf arasında saziş imzalanıb, lakin Ermənistan Türkiyəni Sürix razılaşmasının protokollarından çıxmaqda açıq şəkildə ittiham edib. Sözügedən razılaşma tərəflər arasında münasibətlərin normallaşması və sərhədlərin açılması ilə nəticələnməli idi ki, sonda Ankara bunu Azərbaycan məsələsi ilə əlaqələndirdi…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki