Londonun Foley küçəsində eyniadlı elit restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir. Bahalı restoranın sahibləri isə Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarıdır.
Vətəninfo.az xəbər verir ki, belə bir iddia ilə Avropada yaşayan jurnalist Cavanşir Həsənli çıxış edib. Jurnalist sosial şəbəkədə restoranın sənədlərini də yayımlayıb.
Facebook sosial şəbəkəsindəki hesabında sənədləri yayımlayan jurnalist vurğulayır ki, restoran Londonda fəaliyyət göstərən iki şirkət – FOLEY’S RESTAURANT LIMITED və onun törəməsi olan LONDON GASTRONOMY GROUP LTD tərəfindən idarə olunur. Restoran 2017-ci generalın qızlarının adına rəsmiləşdirilib.
Jurnalisitin iddia etdiyi sənədlərin nə qədər gerçək olub-olmadığın demək üçün Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin özünün məsələlərə aydınlıq gətirməsi vacibdir.
Çünki, cənab Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin aylıq vəzifə maaşı ilə belə bir restoran şəbəkəsi alması mümkün deyil. Yəqin ki, dövlətin müvafiq orqanlarının bu istiqamətdə araşdırma aparması vacibdir.