image-6064197661cd9backend

Ketrin Kolonna: ”Fransa Ukraynaya siyasi və hərbi dəstəyini davam etdirəcək”

image-reklam_sirab_01

Fransanın xarici işlər naziri Ketrin Kolonna ölkəsinin Ukraynaya hərbi, siyasi və humanitar sahələrdə dəstəyini davam etdirəcəyini bildirib.
Ketrin Kolonna Parisdə Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Dmitro Kuleba ilə görüşdə qlobal ərzaq təhlükəsizliyi, Ukrayna taxılının ixracının davam etdirilməsi və Rusiyanın iyul ayında Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxması kimi bir çox məsələləri müzakirə etdiklərini ifadə edərək bu sahələrdə onlara dəstək verməyə davam edəcəklərini bildirib.

Ukrayna-Rusiya müharibəsinin 18 aydır davam etdiyini xatırladan Ketrin Kolonna deyib: ”Rusiyanın Ukraynanın infrastrukturunu və taxılını məhv etmək strategiyasını pisləyirik”.

Ukraynalı həmkarının Parisdə keçirilən 29-cu Səfirlər Konfransına fəxri qonaq kimi qatıldığını qeyd edən Kolonna, Kulebanın yaxın saatlarda Yelisey sarayında Fransa prezidenti Emmanuel Makron tərəfindən qəbul ediləcəyini bildirib.

Kuleba da öz növbəsində Ukraynanın Fransa və Avropa İttifaqı (Aİ) ölkələri ilə eyni dəyərləri paylaşdığını və özünü müdafiə etmək qabiliyyətinə malik olduğunu da açıqlayıb.

Daha güclü Ukraynanın daha güclü Avropa demək olduğuna diqqət çəkən Kuleba deyib: “Ukrayna Aİ və NATO-ya üzv olmasa, Avropa təhlükəsiz ola bilməz”.
Dmitro Kuleba ”Taxıl sazişi”nin davam etdirilməsinin tərəfdarı olduqlarını vurğulayıb.
Krımın Ukraynanın suveren ərazisi olduğunu təkrarlayan Dmitro Kuleba deyib:”Ukrayna beynəlxalq hüquq normaları çərçivəsində, əlbəttə ki, öz suveren ərazisində lazım bildiyi hər şeyi etmək hüququna malikdir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki