image-reklam-veteninfo
image-endirme-2backend

Kiprdə  israillilərə qarşı hücuma görə iki  iranlı həbs edildi

image-reklam-veteninfo

Vətəninfo.az Kiprdə nəşr olunan “Kathimerini” qəzetinə istinadən xəbər verir ki, bu gün iki iranlı Kiprdə yaşayan İsrail vətəndaşlarına hücum planlaşdırmaqda şübhəli bilinərək bu ölkədə həbs olunaraq dindirilib.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Mossad-ın Kiprə hücum planının qarşısını almağa kömək etdiyini açıqlayıb.

Məlumata görə, bu iki şəxsin İsrailin mümkün hədəfləri haqqında məlumat toplamaq üçün ilkin mərhələdə olduqları ehtimal edilir.

Qeyd olunur ki, saxlanılan iki iranlı şübhəli siyasi qaçqındır və SEPAH-a bağlı olan biri ilə əlaqə saxlayır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki