image-reklam-veteninfo
image-1backend

Kirayə pulu dostları düşmən etdi — Huşunu itirənə qədər döyüldü

image-reklam-veteninfo

Bakıda kirayədə yaşayan dostlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Hadisə rayonunun A.M.Şərifzadə küçəsində baş verib. Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Famil birgə kirayə yaşadıqları mənzilin qonaq otağında Elşad ilə mübahisə edib.

Onların şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı Elşadın bədəninin müxtəlif nahiyələrinə qəsdən əl zərbələri ilə vuraraq ona xəsarətlər yetirib.

İş üzrə izahat verən Famil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Elşad onun dostudur, eyni mənzildə kirayə yaşayıblar:

“Dəqiq xatırlamadığım tarixdə yaşadığımız mənzildə olan zaman Elşad məndən kirayə haqqını istədi. Lakin ödəyə bilmədiyimdən həmin vaxt aramızda sözlü mübahisə yarandı. Bu səbəbdən əsəblərimi cilovlaya bilmədim və Elşadı əlim ilə itələdim. Mənim Elşadın təzyiq problemi olmasından xəbərim olmayıb. Daha sonra Elşad huşunu itirərək yıxıldı”.

Təsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi əməli etiraf edərək peşman olmasını və zərərçəkmiş şəxslə barışdığını deyib.

İş üzrə zərərçəkmiş Elşadın sözlərinə görə, 8 ildir Yasamal rayonunun ərazisində kirayə mənzil tutaraq orada yaşayır:

“Dayanacaq nəzarətçisi işləyirəm. Famili uzun müddətdir ki, tanıyıram. Famil mənim dostumdur. Dəqiq xatırlamadığım tarixdə Famillə görüşən zaman söhbət əsnasında ona kommunal xərclər daxil olmaqla ümumilikdə 250 manata kirayə qaldğımı və özümə otaq yoldaşını axtardığımı dedim. Famil isə birlikdə yaşamağı təklif etdi və kirayə haqqının yarısını ödəyəcəyinə dair söz verdi”.

Elşad qeyd edib ki, dəqiq xatırlamadığı tarixdə mənzildə olduqları zaman Famildən kirayə haqqını istədiyi üçün aralarında sözlü mübahisə yaranıb: “Mübahisə zamanı Famil məni itələdi. Təzyiq problemim olduğu üçün yerə yıxıldım və huşumu itirdim. Familin mənə xəsarət yetirdiyini düşünmürəm. Məndə olan xəsarətlərin yıxılan zaman yarandığını hesab edirəm”.

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən həmin hadisə ilə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayəti olmadığını bildirib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.Demokrat.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki