image-26db622b-13e2-3600-8298-e92f2e55b4c1_850backend

KİV: Moskvada polislər poliqonlarda təlimlərə çıxarılır

image-reklam_sirab_01

Rusiyanın paytaxı Moskva şəhərində Daxili İşlər Nazirliyinin bölmələri poliqonlarda təlimlər keçirməyə başlayıb.

Bu barədə mənbələrə istinadən “Baza” teleqram kanalı məlumat yayıb.

Poliqonlarda polis əməkdaşları pulemyotdan atəş açmaq və qumbara atmaq üzrə məşq edirlər.

“İndiyə qədər həmişə atıcılıq üzrə məşq etmişik, ancaq tapança ilə və şəhərdən kənara çıxmadan. İndi çoxları artıq təlim meydançalarında pulemyotdan atəş açır və əl qumbarası atır. Digərlərinə isə təlimlərə hazırlaşmaq tapşırılıb” – polis nəfərindən biri deyib.

Mənbələr onu da bildiriblər ki, bir sıra rəislər işçilər üçün idman yürüşləri təşkib. Metropoliten bölmələrinin birində polislər tamamilə maneə zolağına çıxarılıb, orada palçıqdan sürünərək qaz maskalarından istifadə etməli olublar.

Vurğulanıb ki, polislər onlara təlimlər üçün forma verilməməsindən şikayətlənirlər. Nəticədə, polis hər şeyi öz hesabına almağa məcbur olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki