image-image_750x_637fccca7efb8backend

Kiyev merindən Şok təklif: Kiyevi tərk edin

image-reklam_sirab_01

Kiyevin meri Vitali Kliçko soba və su təchizatı olan fərdi evlərə köçmək imkanı olan paytaxt sakinlərini Ukraynanın paytaxtını tərk etməyə çağırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə kommersant.ru yazıb.

Vitali Kliçko deyib: “Əgər sizlərdən hər hansı birinizin Kiyevətrafı qəsəbələrdə evi varsa, sobası, istilik sistemi, su təchizatı olan evləri olan tanışlarımız və ya dostlarımız varsa, o zaman orada müvəqqəti  yaşamaq  yaxşı olardı”.

Kliçkonun sözlərinə görə, Rusiya tərəfi Ukrayna vətəndaşlarının ölkəni tərk etmələrini gözləyir.

“Onlar belə bir şey görməyəcəklər. Biz indi evakuasiyadan danışmırıq, lakin bəzi insanların Kiyevətrafı ərazilərə köçə biləcəyi ehtimalını nəzərdən keçiririk”, – Kiyev meri əlavə edib.

Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 23-də Ukrayna ərazisinin Rusiya tərəfindən kütləvi hücumlara məruz qaldığını açıqlayıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Rusiyanın Ukraynaya hücumlarını “Qərbin silah təchizatına” cavab adlandırıb. Vitali Kliçko bütün Kiyevə suyun verilişinin dayandırıldığını açıqlayıb. Bu gün, noyabrın 24-də səhər o, Kiyevin 70%-nin işıqsız qaldığını bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki