image-999backend

Kiyevin  başqa yolu yoxdur- Lukaşenko

image-reklam_sirab_01

 “Kiyevin indi ilkin şərt olmadan sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur”. -Vətəninfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Çin mediasına müsahibəsində deyib.

O, Ukraynadakı münaqişəyə son qoymağa çağırıb.

Belarus prezidenti həmçinin əlavə edib ki, Çin mövcud vəziyyəti tarazlaya bilər, bunun sayəsində çoxqütblü dünya yaranacaq.

Dövlət başçısı qeyd edib ki, Çinin və onun rəhbərinin dünyada sülhün bərqərar olmasının zəruriliyi ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirir və bunu çox vacib hesab edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki