image-image_750x_63a4af499c02fbackend

“Kiyevin hərbi resursları tezliklə tükənəcək”- Putin

image-reklam_sirab_01

“Rusiya hərbi resursları xərcləyir, onlar böyük rəqəmlərdir, lakin Ukrayna hərbi sənaye kompleksi ilə fərq böyükdür, Kiyevin hərbi resursları tezliklə tükənəcək.’- Vətəninfo.az xəbər verir ki,  bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin mətbuata açıqlamasında bildirib.

“İndi rəqəmləri deməyəcəyəm, gündə nə qədər mərmi xərcləyirik. Bunlar böyük rəqəmlərdir. Məsələn, Ukrayna hərbi-sənaye kompleksi tam sıfıra enməyib, lakin bu istiqamətdə sürətlə irəliləyir. Tezliklə öz bazası olmayacaq” deyə Rusiya prezidenti bildirib.

Putin əlavə edib ki, Ukraynadan fərqli olaraq Rusiya son onilliklərdə müdafiə sənayesi, hərbi elm və texnologiyanı inkişaf etdirib.

Onun sözlərinə görə, Ukraynaya “Patriot” zenit-raket komplekslərinin tədarükü münaqişəni uzadır. “Bizimlə qarşı-qarşıya gələnlər bunun müdafiə silahı olduğunu düşünürlər. Bu, sadəcə olaraq, münaqişənin uzadılmasıdır, bu qədər”, – Putin bildirib.

“Bu, kifayət qədər köhnə sistemdir. Deyək ki, bizim S-300 kimi işləmir. Ancaq qarşımıza çıxanlar bunun müdafiə silahı olduğunu düşünürlər. Yaxşı, biz bunu nəzərə alacağıq. Və antidot həmişə tapılacaq”, – deyə o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki