image-1202f898-8b0e-483d-a341-b258c1ee3bf8backend

KİYEVİN QİSASI PUTİNİ QƏZƏBLƏNDİRİB… – Rus ordusu otelə raket zərbəsi endirdi 

image-reklam_sirab_01

Ukraynanın işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərində kazarmaya endirdiyi zərbə nəticəsində yüzlərlə rus əsgərinin ölməsi Rusiya Prezidenti Vladimir Putini xeyli qəzəbləndirib. O, Ukraynaya genişmiqyaslı hücumlara başlamağı əmr edib.

Bunun nəticəsidir ki, döyüş meydanında ağır itkilər verən rus ordusu cəbhədəki məğlubiyyətlərin əvəzini Ukraynadakı mülkü obytektləri hədəf alaraq çıxmağa başlayıb.

Hazırda ən qızğın döyüşlərin getdiyi Baxmut şəhərindən canlı yayım aparan Fransanın “Quotidien TMC” kanalı rus ordusunun daha bir müharibə cinayətini ifşa edib.

Belə ki, canlı yayım sırasında rus ordusu Baxmutdakı otel binasına raket zərbəsi endirib. Hadisə nəticəsində xeyli sayda insanın həlak olduğu bildirilir.

Ekspertlər qarşıdakı günlərdə Rusiyanın Ukrayandakı mülkü obyektlərə hücumlarının artacağını proqnozlaşdırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki