Kiyev meri Vitali Kliçko rəsmi internet səhifəsində etdiyi paylaşımda Rusiyanın şəhərə raket hücumu həyata keçirdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Kliçko hücum nəticəsində 8 nəfərin həlak olduğunu, 33 nəfərin isə yaralandığını qeyd edib. Şəhərin müxtəlif ərazilərində dağıntıların olduğunu qeyd edən mer Solomyansk rayonundakı uşaq xəstəxanasına ziyan dəydiyini vurğulayıb.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti (DSNS) şəhərin Svyatoşinski, Darnitski və Solomyansk rayonlarında axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bəyan edib.


























