Vətəninfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, klubun yaydığı açılamada bildirilir ki, transferdən əldə edilən 100 milyon dolların 25 milyon dolları Ukrayna ordusuna verilib.
Klub prezidenti Rinat Axmetov mətbuata açıqlamasında bunu təsdiq edib.
“25 milyon dollarlıq yardım əsgərlərə, vətənini müdafiə edənlərə və ailələrinə veriləcək. Bu yardım həm də döyüşlərdə yaralılanlara da veriləcək”- deyə klub prezidenti əlavə edib.
8.5 İLLİK MÜQAVİLƏ İMZALANIB
Qeyd edək ki, “Çelsi” dünən Donetsk “Şaxtyor”unda çıxış edən 22 yaşlı ukraynalı cinah oyunçusu ilə 8,5 illik müqavilə imzaladığını açıqlayıb. Avropa futbolunun ən önəmli gənc istedadlarından biri kimi göstərilən Mudrik bu mövsüm klub karyerasında 18 matçda 10 qol vurmağı bacarıb.
Ukrayna millisində 8 oyuna çıxan cinah oyunçusu bu mövsüm Çempionlar Liqasında 6 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.