image-63d8d17742fd1backend

Koreya atom reaktorlarının tikilməsi üçün Türkiyəyə müraciət etdi

image-reklam_sirab_01

Cənubi Koreya elektrik enerjisi korporasiyası KEPCO-nun baş direktoru Çon Son İl Türkiyədə ümumi həcmi 30 milyard dollar dəyərində dörd atom reaktorunun tikilməsi üçün bu ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzə müraciət edib.

Vətəninfo.az  xəbər verir ki, Cənubi Koreyanın təqdim etdiyi sənəddə layihənin həyata keçirilməsi ilə bağlı ayrıntılı plan yer alıb. Koreyalılar bu il tikintinin texniki-iqtisadi əsaslandırılmasını hazırlamalı və tərəflər müqavilə imzalamalıdır.

Xatırladaq ki, KEPCO Türkiyənin şimalında atom elektrik stansiyasının tikilməsinə dair rəsmi Ankara ilə danışıqlara 2022-ci ildə başlayıb. Reaktorlar 1400 MVt elektrik enerjisi istehsal edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki