image-1097784-1backend

Kosaçevdən erməniləri şoka salan AÇIQLAMA: Bu münaqişənin KTMT-yə heç bir aidiyyatı yoxdur 

image-reklam_sirab_01

” Ermənistanla Azərbaycan arasında münaqişə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yurisdiksiyasına daxil deyil.” – Vətəninfo.az xəbər verir ki,  bunu “Arqumentı и факти” qəzetinə müsahibəsində diplomat, Rusiya Federal Məclisi Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

“Ermənistanla Azərbaycan arasındakı münaqişə, fikrimcə, təşkilatın səlahiyyətlərinə aid deyil. KTMT-yə üzv olan dövlətlərin hər biri ona münasibətini müstəqil şəkildə müəyyənləşdirir. Rusiyaya gəlincə, məlumdur ki, biz nizamlanmanı ən səmimi şəkildə dəstəkləyirik. Üstəlik, bizim səylərimiz həm bu sahədə, həm də digər tərəfdən eyni dərəcədə tələb olunur. Başqa cür ola bilməz, vəziyyət ancaq bu şəkildə inkişaf edə bilər. Bir sözlə bu münaqişənin KTMT-yə heç bir aidiyyatı yoxdur.”, – Kosaçev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki