image-7917427091094511backend

Kosmosa gedəcək türklər müəyyənləşdi: Ərdoğan adlarını tezliklə açıqlayacaq

image-reklam_sirab_01

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank kosmosa gedəcək namizədlərin müəyyənləşdiyini və prezident Ərdoğanın tezliklə adlarını açıqlayacağını bildirib.

Sənaye və Texnologiya naziri Mustafa Varank kosmosa gedəcək namizədlərin müəyyənləşdiyini bildirib. Nazir Varank prezident Rəcəb Tayyib Ərdoğanın sözügedən adları yaxın zamanda açıqlayacağını bildirib.

“CİDDİ PSİXOLOJİ SINAQLARI BİRLİKDƏ KEÇDİK”

Mövzu ilə bağlı açıqlamalar verən Varank, bu ifadələrdən istifadə etdi; “Tezliklə Cümhuriyyətimizin 100-cü ildönümündə Türkiyə vətəndaşını beynəlxalq kosmos stansiyasına göndərəcəyik. Bu dostumuz orada elmi təcrübələr aparacaq. Bu türk kosmos səyahətçilərinin seçilməsində Səhiyyə Elmləri Universiteti böyük töhfə verdi. Birlikdə kosmos və aviasiya sahəsində ciddi psixoloji testlər aparırıq.”

Nazir Varank sözlərini belə davam etdirdi; “Bizim namizədlərimiz əslində bəllidir və ümid edirəm ki, prezidentimiz yaxın zamanlarda bu adları ictimaiyyətlə bölüşəcək. Türkiyə 100 illik yubileyində öz vətəndaşlarından birini beynəlxalq kosmik stansiyaya göndərəcək..Turkustan.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki