Kral sarayının açıqlamasında bildirilir ki, Norveç kralı V Harald 89 yaşında Oslo xəstəxanasında vəfat edib.
“Kral V Harald vəfat etdi. Dərin kədər hissi ilə bildiririk ki, Əlahəzrət Kral Harald bu gün vəfat edib”, – deyə açıqlamada bildirilir.
Vətəninfo.az xəbər verir ki, Norveçin 89 yaşlı kralı V Harald 17 avqustda infeksiya və hemolitik anemiyadan qaynaqlanan ağırlaşmalar səbəbindən xəstəxanaya yerləşdirilib. O vaxtdan bəri xəstəxanadan çıxmayıb. 27 avqustda kral evi onun sağlamlıq vəziyyətinin pisləşdiyini və “çox ciddi” kimi qiymətləndirildiyini açıqlayıb. Qlüksburq sülaləsinin nəslindən olan kral 1991-ci ildən taxtdadır. Onun 53 yaşlı oğlu Haakon taxt-taca varis olacaq.


























