image-reklam-veteninfo
image-3tlmo0f1tfenjqdkbackend

Kreml: Böyük Britaniyanın yeni baş naziri Ukrayna müharibəsini davam etdirmək niyyətindədir

image-reklam-veteninfo

Kreml Böyük Britaniyanın yeni baş nazirinin təyinatından sonra Moskva ilə London arasında münasibətlərin yaxşılaşacağına ümid etmədiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun TASS-a verdiyi məlumata görə, Prezident Vladimir Putinin hazırda Böyük Britaniyanın yeni baş naziri ilə hər hansı təmas planı yoxdur.
Peskov bildirib ki, Britaniyanın yeni hökumət başçısı ilk çıxışlarında Ukraynaya dəstəyini vurğulayıb. Kremlin sözçüsünün fikrincə, bu yanaşma Kiyevə dəstəyin davam etdirilməsi və müharibənin uzanmasına xidmət edir.
O, həmçinin xarici qoşunların Ukrayna ərazisində yerləşdirilməsinin Rusiya üçün qəbuledilməz olduğunu vurğulayıb. Peskovun sözlərinə görə, Rusiyanın “xüsusi hərbi əməliyyatı”nın məqsədlərindən biri Ukrayna ərazisində NATO qüvvələrinin yerləşdirilməsinin qarşısını almaqdır.
Bundan başqa, Kremlin sözçüsü Wildberries şirkətinin anbarına edilən hücumdan sonra yaranmış vəziyyətin mürəkkəb olaraq qaldığını bildirib. Onun sözlərinə görə, Rusiya hökuməti hazırda bu məsələ ilə məşğuldur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki