image-download-1backend

Kreml Brussel görüşünə qısqanclıqla yanaşır -Elxan Şahinoğlu

image-reklam_sirab_01

“Brüssel və Vaşinqtonun il ərzində Azərbaycanla Ermənistan arasında artan vasitəçiliyi Kremli narahat etməyə bilməz.” -Vətəninfo.az xəbər verir ki, bu açıqlamanı politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, Rusiya prezidenti Vladimir Putin təşəbbüsü yenidən ələ almağa çalışır.

“Onun Azərbaycan prezidenti İlham Əliyevə zənginin əsasında məhz bu amil dayanır. Fransa prezidenti Emmanuel Makronun özünü Avropa İttifaqının vasitəçiliyinə dürtməsi Brüsselin fəallığını heçə endirir. Çünki İlham Əliyev doğru olaraq Makronun vasitəçiliyini qəbul etməyəcək. Bu məqamdan Putin istifadə etməyə çalışacaq. Ancaq Makron kimi Putinin fəallığının da bizə faydası yoxdur. Kreml sahibinin bizə faydası olsaydı, Ruben Vardanyanı Qarabağa göndərməzdi, separatçılar tərksilah olunardı, rusiyalı hərbçilər Qarabağdakı məntəqələri qanunu adı ilə çağırardılar, daha “Mardakert”, “Martuni” ifadələrindən istifadə etməzdilər…”– deyə politoloq bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki