image-7777backend

Kreml Ermənistanı necə cəzalandıracaq? -Ekspert detalları açıqladı

image-reklam_sirab_01

Bu gün İrəvanda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilir. İclasda təşkilata üzv ölkələrin liderləri də iştirak edirlər. Bundan əvvəl xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurası katiblərinin birgə iclası olub. Bu arada, İrəvanda anti-Rusiya yürüşü keçirilib. İştirakçılar əllərində “Rusiya, Ermənistandan rədd ol” və digər şuarlar yazılı plakatlar tutublar, “KTMT-yə yox!” çağrışları ediblər. Rusiyanın Ermənistandakı iclasda mövqeyi necə olacaq?.

Vətəninfo.az-a açıqlamasında bu barədə  ekspert Sergey Markov öz fikirlərini bildirib.

“Ermənistanın qərbə açılımı onun məhvinə səbəb ola bilər. Sözsüz ki, Rusiyanın Ermənistana təsir imkanları olduqca böyükdür. Ermənistan Qərbə yönəlik addımları ölkəni üçuruma sürükləyir. Ermənistanda bunu anlaıb başa düşənlər var. Amma Paşinyan hökuməti hələ də bunu anlamır. Sadəcə bir nüansa diqqət çəkmək istəyirəm ki, Ermənistanda Rusiyanın böyük hərbi bazası var. Ermənistanı cəzalandırmaq o qədər də çətin deyil”– deyə ekspert bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki