image-downloadbackend

Kremlin “üçlü ittifaq” ideyası niyə alınmadı?

image-reklam_sirab_01
ABŞ və Hindistan yaxın müddətdə birgə hərbi təlimlər keçirəcəklər. Bu təlimlərə Yaponiya da dəvət olunub. Bu təlimlər Çinin Hindistana artan təzyiqi ilə bağlıdır. Vaşinqton Çin-Hindistan qarşıdurmasında Dehlini dəstəkləyir. Bundan başqa Hindistan ABŞ, Avstraliya və Yaponiyanın üzv olduğu “Quad” birliyinin üzvüdür.
Hindistan dünyada ən çox xarici silah və hərbi texnika alan ölkələrdəndir. Buna görə də Hindistan hərbi təlimlərdə aldığı bütün hərbi texnikadan, o cümlədən “Rafael” təyyarələrindən (Fransa sitehsalı) və Su-30 təyyarələrindən (Rusiya istehsalı) istifadə edəcək.
Hindistanla Çin arasındakı sərhəddə gərginlik 1962-ci ildən başlayıb. Toqquşmalar nəticəsində Çin sərhədin bir hissəsini nəzarətə götürüb. Hindistan həmin ərazinin işğal edildiyini bildirib. Çinin mərhum lideri Mao Tsedun Hindistanın Tibetdən qaçan Dalay-lamaya sığınacaq verməsindən narazı idi. Sonrakı illərdə münasibətlərdəki gərginlik nisbətən azalsa da, tərəflər sərhədin dağlıq hissəsini aralarında müəyyənləşdirə bilmədilər. Müxtəlif illərdə Çinin hazırki lideri Tsi Cinpin Hindistanda, Hindistanın baş naziri Narendra Modi isə Çində rəsmə səfərlərdə olublar. Ancaq bu səfərlər və aparılan danışıqlar mübahisəni həll etməyib. Sərhədin Himalay dağları hissəsində qoşun biliklərinin sayı artıb. 2020-ci ildə baş verən qarşıdurma zamanı hər iki tərəfdən ölənlər olub. Bundan sonra Hindistanla Çinin birgə iqtisadi layihələri reallaşmayıb.
Çin bölgədə hərbi gücünü artırdığına görə, Dehli müttəfiqləri ilə birgə hərbi təlimlərə üstünlük verir. Buna baxmayaraq, Dehli xarici siyasətdə Vaşinqtondan asılı olmaq istəmir. Dehli balanslı xarici siyasətdən imtina etməyib. “Quad” hərbi blok deyil. Dehli Moskva ilə tərəfdaşlıqdan imtina etməyib. Hindistan Rusiya və Çinlə birgə Şanxay Əməkdaşlıq Təşkilatının, o cümlədən BRİKS-in üzvüdür. Ancaq bu birliklər Çinlə Hindistan arasındakı mübahisələri həll edə bilməyib. Kreml Rusiya-Çin-Hindistan üçlü ittifaqının formalaşmasına çalışsa da, bu alınmadı. Bu ideya Rusiyanın keçmiş xarici işlər naziri Evgeniy Primakova məxsus idi. Dehli Çinlə müxtəlif birliklərdə iştirak etsə də, Pekindən qorunmaq üçün Qərblə əməkdaşlığın inkişafında maraqlıdır.
“Atlas” Araşdırmalar Mərkəzi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki