image-bez-nazvaniyabackend

Kremlin uğursuz Ukrayna Planı: İsrailin xəbərdarlığı Kremli ağıllandıracaqmı?

image-reklam_sirab_01
Kremlin “məntiqinə” görə, Rusiya Ukraynanın şəhərlərini raket atəşinə tuta bilər, Ukrayna isə Rusiyanın şəhərlərinə raket atmamalıdır. Bu məntiq artıq işləmir. Ukrayna cavab olaraq Rusiya ilə sərhəddəki şəhərlərin hərbi obyektlərini raket atəşinə tutur.
Kremlin başqa bir “məntiqinə” görə Rusiya İrandan aldığı raketlərlə Ukrayna şəhərlərini hədəf ala bilər, Qərb ölkələri və İsrail isə öz raketlərini Ukraynaya verməməlidirlər. Bu “məntiq” də artıq işləmir. İsrail son vaxta qədər Rusiyanı qıcıqlandırmamaq üçün Ukraynaya hərbi texnika göndərmirdi. Ancaq artıq İsrail də siyasətini dəyişib. İsrail İrandan əldə etdiyi pilotsuz uçuş aparatlarını Ukrayna ərazisində istifadə etməsinə görə Rusiyaya öz etirazını bildirib. İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Hulata Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüş zamanı deyib ki, İran Rusiyaya verdiyi “Shahed-136” dronlarına əlavə olaraq ölkəyə ballistik raketlər verməyə hazırlaşır. O, İranın bu addımının qarşısının alınmadığı təqdirdə nəticələr barədə xəbərdarlıq edib: “İranın səylərinin qarşısı alınmazsa, Rusiya da, həmçinin Ukrayna ərazisində öz istehsalı olan yüksəkdəqiqlikli raketlər yerləşdirə bilər”.
Kremlin İranla sıx tərəfdaşlığına baxmayaraq, İsraillə də yaxşı münasibətləri var idi. Rusiya prezidenti Vladimir Putinin vaxtilə ən çox təmasda olduğu rəsmilər İsraildən idi. Kreml Ukraynada başlatdığı işğalçı müharibə və İrandan aldığı dron və raketlərlə İsraili də özündən küsdürdü. Bundan sonra İsrail Suriyada İrana bağlı silahlı qruplara Rusiyaya boylanmadan zərbələr endirəcək.
Elxan Şahinoğlu
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki