image-5f8e88e015e9f941a2784133-780x470backend

Krım uğrunda savaş başlayır: Nüvə silahları işə salınır, iki böyük güc qarşı-qarşıya

image-reklam_sirab_01

“ABŞ Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyindən ehtiyat edərək, Ukraynanı dəstəkləməkdən narahat olmağı dayandırmalıdır”.

Bu barədə Corc Buş İnstitutunun icraçı direktoru Devid Kramer məlumat verib.

“Ekskalasiya ilə bağlı narahatlıqlar, o cümlədən Putinin taktiki nüvə silahından istifadəyə göstəriş verməsi bizi Krıma hücum etmək üçün Ukraynaya yardım göstərməkdən çəkindirməməlidir”, – David Kramer deyib.

O vurğulayıb ki, Ukraynanın hazırda silah şəklində dəstəyə ehtiyacı var, bura tanklar, vertolyotlar, hava hücumundan müdafiə, pilotsuz təyyarələr və s. daxildir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Qərbi nüvə sahəsində maksimum təmkinli olmağa çağırır. Həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev izah edib ki, Rusiya nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi edəcək.

Bundan əvvəl isə “The Washington Post” qəzeti Kiyevdə nüvə müharibəsinə hazırlığın başlandığını yazmışdı. Rusiya prezidenti Vladimir Putin özü bildirib ki, dünyada nüvə müharibəsi təhlükəsi artır. Lakin o vurğulayıb ki, Rusiya bundan yalnız cavab zərbəsi üçün fürsət, müdafiə kimi istifadə edəcək. Həmçinin Amerikanın “The National Interest” jurnalının müəllifləri vurğulayıblar ki, Qərbi məğlub etmək üçün Putinə nüvə silahı lazım deyil, bunun üçün onun başqa alətləri var.

“The New York Times” qəzeti də yazır ki, Birləşmiş Ştatlar Ukraynaya Krımı hədəf almağa və yarımadaya zərbə endirməyə kömək etməyə hazırdır, hətta belə bir addım eskalasiya riskini artırsa belə.

“İndi Bayden administrasiyası ən cəsarətli addımlarından birini düşünür, Ukraynaya yarımadaya hücum etməyə kömək edir” – nəşr yazıb.

Vurğulanıb ki, Vaşinqton bu cür hərəkətlərin Ukraynada münaqişənin gərginləşməsinə səbəb ola biləcəyinə baxmayaraq, belə bir addım atmağa hazırdır.

Bundan əvvəl Vaşinqtonun Ukrayna prezidenti Vladimir Zelenskiyə Krıma zərbə endirməsinə icazə verdiyi bildirilirdi. Bunu “The Wall Street Journal”a müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. 2022-ci il dekabrın əvvəlində Ukrayna lideri LCI-yə verdiyi müsahibədə ukraynalıların Krımı geri qaytarmaqda israrlı olduqlarını söyləyib.(publika)

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki