image-997da8fb-b8a6-47d8-a5fa-0dc69cf29152backend

KTMT-dən əli üzülən Paşinyandan yeni həmlə – Əliyevin cavabı sərt oldu

image-reklam_sirab_01

“Şarl Mişel Paşinyana rədd cavabı verməsə, liderlərin görüşü alınmayacaq və Avropa İttifaqının rəhbərinin buna qədərki bütün zəhməti hədər gedəcək”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan-Azərbaycan danışıqları ətrafındakı son gəlişmələrə diqqət çəkib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından əli üzülən Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronsuz addım ata bilməyəcək duruma düşüb. Paşinyan dekabrın 7-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Emmanuel Makronun iştirakını istəyib. Azərbaycan dövlət başçısı ermənipərəst mövqeyinə görə Makronun vasitəçiliyini qəbul etməyib. Paşinyanın istəyi Avropa İttifaqının rəhbəri Şarl Mişeli pis vəziyyətə qoyub.

Bu il İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə dörd görüş olub, heç birində Makron iştirak etməyib, vasitəçi Şarl Mişel olub. Makron sadəcə Praqadakı konfrans çərçivəsində liderlərin görüşünə qatılıb”.

Elxan Şahinoğlu Paşinyanın Makronsuz hərəkət etmək istəməməsinin təsadüfi olmadığını bildirib: “Paşinyanın Makrondan ikiəlli yapışmasının səbəbi bəllidir. Şarl Mişel tərəfsiz vasitəçidir, bölgədə sülh və əməkdaşlıq istəyir, Qarabağ məsələsinə qarışmır. Makron isə Mişelə tam tərs mövqedən çıxış edir. Ona görə də Paşinyan Makronu Mişelin yanında oturması istəyini irəli sürür.

Şarl Mişel Paşinyana rədd cavabı verməsə, liderlərin görüşü alınmayacaq və Avropa İttifaqının rəhbərinin buna qədərki bütün zəhməti hədər gedəcək. Görüş alınmayacaqsa, belə çıxacaq ki, Paşinyanın Makronu tələb etməsi Kremlin maraqlarına cavab verəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki