image-download-2backend

KTMT Ermənistana nə təklif edib? – Stanislav Zas açıqladı

image-reklam_sirab_01

“KTMT Ermənistana kömək üçün bir sıra tədbirlər, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib” – deyə təşkilatın sabiq baş katibi Stanislav Zas bildirib.

Vətəninfo.az xəbər verir ki, Belarusun ОНТ telekanalına müsahibəsində Zas bildirib ki, Ermənistan bir çox qaydaları pozur.

“Vəziyyət aydın deyil, ilk növbədə Ermənistanla Azərbaycan sərhədində demək olar ki, hər gün atışmalar olur. KTMT-nin Ermənistana yardım kimi təklif etdiyi, həm siyasi, həm diplomatik, həm də hərbi vasitələrin mövcud olduğu silsilə tədbirlər, o cümlədən vəziyyəti real qiymətləndirəcək bu sərhədə missiya göndərilməsi, ümumilikdə bütün dövlətlərdən dəstək alıb. Amma bəzən Ermənistan müqavilədə nəzərdə tutulmayan istəklərini irəli sürür. Bu isə yolverilməzdir” -deyə Zas bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki