Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.
Vətəninfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
E.İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış.
Bildirilib ki, Elgün İbrahimov şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.