image-image_750x_63865a8d38c06backend

La liqa “Yuventus”u məhkəməyə verdi

image-reklam_sirab_01

İspaniya La Liqası maliyyə feyr-pley qaydalarını pozduğuna görə Avropa Futbol Assosiasiyaları İttifaqından Turin “Yuventus”una sanksiya tətbiq etməyi tələb edib. Vətəninfo.az İtaliya klubunun direktorlar şurasının istefasından sonra La Liqa UEFA-ya “Yuventus”a qarşı dərhal sanksiya tələbi göndərib. La Liqa hələ bu ilin aprelində İtaliya maliyyə polisi tərəfindən araşdırılan “Yuventus”a qarşı maliyyə pozuntularına görə UEFA-ya rəsmi şikayət göndərib.

“Yuventus transferlərin dəyərini həddən artıq qiymətləndirib, işçilərin dəyərini aşağı qiymətləndirib və oyunçularının əsl maaşını gizlədib. “Yuventus”un direktorlar şurasının istefası maliyyə hesabatlarında pozuntuların olduğunu etiraf edib və bunun da məqsədi UEFA-nın Maliyyə Fair Play səlahiyyətlilərini çaşdırmaq olub.

Avropada maliyyə cəhətdən dayanıqlı futbolu təşviq etmək kampaniyasının bir hissəsi olaraq La Liqa müvafiq orqanlardan kluba qarşı dərhal idman sanksiyaları tələb edir.İ

İspaniya liqası liqa klublarının tələbi ilə 10 ilə yaxındır ki, özünün “iqtisadi nəzarət” qaydalarını tətbiq edir. Futbol biznesini qorumaq üçün maliyyə gücü çox vacibdir. Gəlin futbolumuzu xilas edək”, – La Liqanın ərizəsində deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki