image-image_750x_63a9569e86b0cbackend

“Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Ermənistan və Azərbaycan sülh müqaviləsinin bağlanması işini çətinləşdirir”- Mixail Qaluzin

image-reklam_sirab_01

“Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması işini çətinləşdirir,”.- Vətəninfo.az xəbər verir ki, bunu  Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində deyib.

“Əlbəttə, Laçın yolu ətrafında baş verən bu kimi hadisələr danışıqların, o cümlədən sülh müqaviləsinin bağlanmasına kömək edə bilməz. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını və mümkün qədər tez bütün istiqamətlərdə birgə işin bərpasını gözləyirik”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, “bu halda sənədin təsdiq olunma tarixi o qədər də vacib deyil”.
“Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə zəmanət verəcək qarşılıqlı məqbul həllə nail ola bilsin”, – diplomat əlavə edib.

O, həmçinin qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair üçtərəfli bəyanatında qeyd edildiyi kimi, Rusiya tərəfi danışıqlar prosesini dəstəkləməyə hazırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki