image-downloadbackend

“Laçın Dəhlizinin bağlanması bizim sonumuzu gətirəcək!”

image-reklam_sirab_01

Bir neçə gün əvvəl Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlılarının komandanı Volkov açıqlama verərək, Laçın dəhlizində mini nəzarət buraxılış məntəqəsi quraşdıracaqlarını bəyan etmişdi. Rus generalı bildirmişdi ki, həmin məntəqənin qurulması Azərbaycanla razılaşdırılıb.

Volkovun açıqlaması Qarabağda yaşayan erməniləri bərk narahat edib. Hətta bir dəstə separatçı rus sülhməramlılarının rəhbəri ilə görüş də keçiriblər. Vətəninfo.az xəbər verir ki,  Metaxe Akopyan “Hraparak” qəzetinə açıqlamasında bildirib ki, Volkov onlara dəhlizdə mini nəzarət məntəqəsinin quraşdırılacağını təsdiqləyib. “Bizə bildirdi ki, həmin məsələ Qarabağdakı rəsmilərlə də razılaşdırılıb. Amma o, məsələnin heç də deyilən kimi olmayacağını da bildirib. Volkovun sözlərinə görə, nəzarət buraxılış məntəqəsində avtomobilləri və yükləri yoxlamaq üçün skanerlər quraşdırılacaq. Həmin yoxlanışlarda isə Azərbaycan tərəfi iştirak etməyəcək”.

Separatçıların nümayəndəsi onu da bildirib ki, bu o deməkdir ki, Laçın dəhlizi Azərbaycanın nəzaərtinə keçəcək.

““Laçın Dəhlizinin Azərbaycana keçməsi elə bağlanmasıdır. Bu   bizim sonumuzu gətirəcək!” -deyə Akopyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki