Laçında yük avtomobili aşıb.
Vətəninfo.az xəbər verir ki, rayonun Pircahan kəndi ərazisində, 1977-ci il təvəllüdlü Aslan Vaqif oğlu Nağızadə idarə etdiyi “Hovo” markalı yük nəqliyyat vasitəsi ilə idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.