image-1backend

Lars yolu bütün növ nəqliyyat vasitələri üçün bağlıdır

image-reklam_sirab_01

Gürcüstanda əlverişsiz hava şəraiti ilə əlaqədar Hərbi Lars yolu bütün növ avtomobillərin hərəkəti üçün müvəqqəti bağlanıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar… 2024-cü ildə “Mayın 7-də, Moskva vaxtı ilə saat 00:15-dən etibarən bütün növ avtonəqliyyat vasitələrinin Vladiqafqaz-Lars bölməsi ilə Rusiya Federasiyasından çıxış istiqamətində növbəti xəbərdarlığa qədər hərəkəti qadağandır”, – məlumatda deyilir.

Mayın 6-da bildirilib ki, Gürcüstan ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar Vladiqafqaz-Lars hissəsində, Rusiya Federasiyasından çıxış istiqamətində yük avtomobillərinin hərəkəti qadağan edilib.

Hərbi yol hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki