image-image_750x_63898d0759efbbackend

Lavrovun açıqlaması erməniləri niyə qəzəbləndirib?

image-reklam_sirab_01
“Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata Bəyannaməsini təsdiqləməsi Qarabağın statusu məsələsini qeyd-şərtsiz həll edir”, – Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Avropanın təhlükəsizliyi məsələlərinə həsr olunmuş mətbuat konfransındakı bu açıqlaması erməniləri qzəbləndirib. Vətəninfo.az xəbər verir ki, Lavrovun bu açıqlamasından sonra erməni mediası Rusiyanın Qarabağ məsələsindəki mövqeyini kəskin tənqid edib. Erməni mediası hesab edir ki, Rusiya Qarabağda özü söz sahibi kimi çıxış etmək niyyətindədir.

Lavrov açıqlamasında  bildirib ki, “Alma-Ata bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında sərhədlərin toxunulmazlığını təsdiq edir, başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti mütləq Azərbaycan SSR-in tərkibində olub. Azərbaycan, Ermənistan, Fransa və Mişel tərəfindən heç bir qeyd-şərtsiz təsdiqlənəndə bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”, – Lavrov vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki