image-kadirov-ramzanbackend

Lənətə gəlmiş Stalinin əmri ilə… – Kadırovdan şok açıqlama

image-reklam_sirab_01

“1944-cü il fevralın 23-ü çeçen və inquş xalqlarına qarşı açıq cinayətin törədildiyi gündür”.

Bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov teleqram kanalında yazıb.

“Lənətə gəlmiş İosif Stalinin əmri ilə Vaynax xalqı dəhşətli soyqırıma – Sibir və Qazaxıstana kütləvi deportasiyaya məruz qaldı. Səbəb isə nasist işğalçıları ilə əməkdaşlıqda əsassız ittiham olub. Bu, sadəcə olaraq, bütöv xalqların qətliamının pərdəsi idi”, – Çeçenistan rəhbəri yazıb.

O qeyd edib ki, bütün bunlar on minlərlə çeçenin ölkənin digər millətlərinin nümayəndələri ilə çiyin-çiyinə İkinci Dünya müharibəsi cəbhələrində mərdliklə vuruşduğu bir vaxtda baş verib: “Xalqamız Qırmızı Ordu sıralarında faşistlərin SSRİ ərazisinə hücumuna müqavimət göstərdi, şiddətli döyüşlər apardı, Sovet İttifaqının şəhərlərini faşist işğalından təmizlədi. Lakin bütün bunlar hakimiyyət tərəfindən azadlıqsevər və qürurlu xalqı məhv etmək üçün hzırlanmış planın qarşısını almadı. Yolda ölən minlər, soyuqdan, aclıqdan və xəstəlikdən, uzun illər zillətdən, qanunsuzluqdan tamamilə uzaq bir səbəbdən ölən yüz minlər! Uca Allah o faciəli zamanda dünyasını dəyişənlərin hamısına rəhmət eləsin”, – deyə Ramzan Kadırov bildirib.⠀

Həmçinin o vurğulayıb ki, 13 ildən sonra çeçen xalqınün üzərindən xəyanət ittihamı götürülüb: “13 ildən sonra uca Allahın rəhməti ilə ədalət zəfər çaldı! Xalqın üzərindən xəyanət ittihamları götürüldü və əcdadlarımız öz vətənlərinə qayıda bildilər. Yorulmuş, qohumlarını və dostlarını itirmiş, lakin öz milli kimliklərini, mədəniyyətlərini, adət-ənənələrini, Allaha imanlarını qoruyub saxlayaraq, yavaş-yavaş həyatlarını quraraq, yenidən yaşamağa başladılar”.publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki