image-143268backend

Levandovski: “Barselona”nın hücumçuları çatışmır

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İspaniya çempionu “Barselona”nın polşalı hücumçusu Robert Levandovski Kataloniya klubunu hücumçu çatışmazlığına görə tənqid edib.

“Onlar bizdən təkcə qələbələr deyil, həm də yaxşı hücum oyunu gözləyirlər. Son vaxtlar belə bir oyun yoxdur. Əvvəllər belə idi, çünki daha çox qol vəziyyətləri yaratmaq üçün mübarizə aparırdıq. Ferran və ya Ansu meydana çıxanda biz daha çox şans yarada bilirik, amma bəzən alınmır.

“Barselona”da hücumçu çatışmazlığı var, hücumlar zamanı birinci xətti dəstəkləyən hücumçu yoxdur. Buna görə də mən özüm komanda üçün ən yaxşı həll yolunu axtarıram”, – Levandovski “Marca”ya istinadən xəbər verir.

Ötən yay Levandovski 45 milyon avroya “Bavariya”dan “Barselona”ya keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki