Çin polisi Lionel Messini hava limanında şəxsiyyət yoxlaması zamanı həbs edib.
Vətəninfo.az xəbər verir ki, Messi Pekinə İspaniya pasportu ilə gedib. Bu ölkənin vətəndaşları Çinə daxil olmaq üçün viza almalıdırlar. Futbolçu Argentina pasportunu özü ilə aparmayıb.
Messi polisə hər şeyi izah edə bildi və futbolçu sonda sürətləndirilmiş viza ilə sərbəst buraxıldı.
Argentina millisi iyunun 15-də Pekində Avstraliya ilə yoxlama oyunu keçirəcək.