image-1backend

“Liverpul”un yeni baş məşqçisi bu şəxs OLDU

image-reklam_sirab_01

İngiltərənin “Liverpul” futbol klubuna hollandiyalı Arne Slot baş məşqçi təyin olunub. Vətəninfo.az xəbər verir ki, bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb. 45 yaşlı Slotla müqavilənin nə qədər müddətə imzalandığı açıqlanmır. Bu vəzifədə Slot 2015-ci ildən “Liverpul”u idarə edən Yurgen Kloppu əvəzləyib.

Onun rəhbərliyi altında klub 2019-cu ildə Çempionlar Liqasının qalibi olub, 2020-ci ildə otuz ildən sonra ilk dəfə İngiltərə çempionu olub və digər dəyərli idman nailiyyətləri olub. Slott 2023-cü ildə Hollandiya çempionu olduğu və bu il ölkə kubokunu qazandığı “Feyenoord”a 2021-ci ilin iyul ayından rəhbərlik edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki