image-55backend

Liviyada hökumət böhranı: Nazir israilli həmkarı ilə görüşdüyü üçün qovuldu

image-reklam_sirab_01

Liviyanın baş naziri israilli həmkarı ilə görüşdən sonra xarici işlər naziri Menquşun vəzifəsinə son qoyub.
Vətəninfo.az xəbər verir ki, Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe xarici işlər naziri Necla əl-Menquşu İsrailin xarici işlər naziri Eli Koenlə görüşdüğünə görə vəzifəsindən çıxarıb.
Liviya Milli Birlik Hökumətinin yaydığı 368 saylı fərmanda, “Liviyanın xarici işlər naziri Necla əl-Menquşun vəzifəsindən çıxarılması və barəsində istintaq başlatılmasına qərar verildi” deyilib.

Fərmana əsasən, Menquşla bağlı araşdırmanı Liviyanın ədliyyə nazirinin sədrliyi ilə yaradılacaq komissiya həyata keçirəcək.

Digər tərəfdən, Liviya Xarici İşlər Nazirliyi xarici işlər naziri Necla əl-Menquşun İtaliyanın paytaxtı Romada İsrail xarici işlər naziri Eli Kohen ilə görüşünün rəsmi olmadığını bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Liviya Xarici İşlər Nazirliyinin ərəb və islam ölkələrinin, xüsusilə Fələstin məsələsinin problemləri ilə bağlı milli tənzimləmələrə tam sadiqliyini bir daha təsdiqlədiyi və Qüdsün Fələstinin əbədi paytaxtı olaraq bağlılığını vurğuladığı qeyd edilib.
Prezident Şurasının rəsmi sözçüsü Necva Vehibe qeyd edib ki, Menquşun İsrailin xarici işlər naziri ilə görüşü Liviyanın xarici siyasət sabitliyi ilə üst-üstə düşmür.

Liviyanın xarici siyasətinin dəyişməz rəftar və prinsiplərinin Prezident Şurası tərəfindən izlənildiyini xatırladan Vehibe sözügedən görüşün detallarının hökumətdən tələb edildiyini bildirib.

Vehibe qeyd edib ki, görüşlə əlaqədar hökumətdən də bütün lazımi hüquqi sanksiyaların və addımların atılması istənilib.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyindən dünən verilən yazılı açıqlamada “İsrail və Liviya xarici işlər nazirləri arasında tarixi görüş keçirildiyi” bildirilib.

Açıqlamada qeyd olunub ki, XİN rəhbəri Koenin liviyalı həmkarı Menquş ilə keçən həftə İtaliyanın paytaxtı Romada keçirdiyi görüş “iki ölkə arasında əməkdaşlıq və əlaqələrin imkanlarını araşdırmaq” məqsədi daşıyır.

Görüşün iki ölkənin xarici işlər nazirləri arasında “ilk görüş” olduğuna diqqət çəkilən açıqlamada “Görüşdə nazirlər iki xalq arasındakı tarixi əlaqələri, Liviya yəhudilərinin mirasını, iki ölkə arasındakı münasibətləri, ölkələr arasında əməkdaşlıq, İsrailin humanitar məsələlərdə, kənd təsərrüfatı, su idarəçiliyi və daha bir çox mövzularda verə biləcəyi yardımı müzakirə etdilər” ifadələrindən istifadə edilib.
Xatırladaq ki, Şimali Afrika ölkəsi Liviya İsraili tanımır və Tel-Əvivlə diplomatik əlaqələri yoxdur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki