“Bu raket kompleksi 2020-ci ildə Dağıq Qarabağda hərbi əməliyyatlar zamanı uğurla istifadə edilib…”
“Lora” raket kompleksi HIMARS silahı səviyyəsində dəyərləndirilir…”
“Uçuş məsafəsi 400 km olan bu raketlər Moskva vilayətinə, Krımın istənilən nöqtəsinə və Rusiyanın digər regionlarına çata bilər…”
“Rəsmi məlumatın olmamasına rəğmən, İsrail çoxdandır ki, Ukraynaya silah və texnika ilə yardım edir…”
Rusiya İsrailin Ukraynaya verə biləcəyi möcüzəli silahdan əndişələnir…
İsrail Ukraynaya 400 km uzaq mənzilli taktiki raket silahı verə bilər, bununla da Rusiyanı təhdid edə bilər.
Bu barədə Rusiyanın “Avia.pro” nəşri yazıb və İsrail dövlət mediakorporasiyasının məlumatını şərh edib.
Rusiya nəşrinin məqaləsində iddia edilir ki, söhbət “Lora” taktiki raket komplekslərindən gedir.
“Uçuş məsafəsi 400 km olan bu raketlər son dərəcə ciddi təhlükə törədəcək, çünki faktiki olaraq Moskva vilayətinə, praktiki olaraq Krımın istənilən nöqtəsinə və ya Rusiyanın digər regionlarına çata bilər”, – məqalədə deyilir.
Məqalə müəllifi yazır ki, Rusiya İsrail və ABŞ tərəfindən İranın ballistik raketlərinin alınması barədə ittihamlarını təkzib edib və qeyd edib ki, hətta Rusiya həqiqətən İran raketlərini alsa belə, “İsrail tərəfindən birbaşa təhdidlər tamamilə qəbuledilməzdir”.
“Hansı raketləri və hansı miqdarda almaq Rusiyanın şəxsi işidir. İsrail tərəfindən Rusiyanın ünvanına təhdidlər iki ölkə arasında münasibətlərin yalnız pisləşməsinə gətirib çıxaracaq”, – məqalədə belə deyilir.
“Lora” birmərhələli bərk yanacaqla işləyən ballistik raketi olan operativ-taktiki raket kompleksidir, İsrailin “Aircraft İndustries (IAI) şirkəti tərəfindən istehsal edilib. O, həm yerüstü, həm də dəniz bazalı variantda düşmənin ərazisinin dərinliyində infrastruktur elementlərinin (rabitə qovşaqları, elektrik stansiyaları və s.) və HHM batareyalarının məhv edilməsi üçün istifadə edilə bilər.
“Vikipediya” iddia edir ki, bu kompleks 2020-ci ildə Dağlıq Qarabağda hərbi toqquşmalar zamanı uğurla istifadə edilib.
2020-ci ilin yayında İsrailin Aqrosənaye konserni birmərhələli bərkyanacaqlı ballistik raketi (LORA) olan modernləşdirilmiş operativ-taktiki raket kompleksinin uğurlu sınaqları barədə hesabat verib.
Sınaqların gedişində dənizdə olan platformadan iki raket buraxılıb, biri 90 km,digəri 400 km məsafədə olan hədəfi məhv edib.
“Hər iki ssenaridə raket verilən trayektoriya ilə buraxılıb, hədəfə doğru istiqamətlənib və onu maksimal dəqiqliklə məhv edib”, – şirkət qeyd edib. Dəqiqlikdən başqa, sınaqlar zamanı mərmilərin manevr etməsi və zərbənin gücü yoxlanılıb.
Ukraynanın “Telegraph” nəşri dərc etdiyi məqalədə İsrail silahını “Kan” mediakorporasiyasının məlumatı əsasında təhlil edilib. Məqalədə İsraildə 1970-ci ildə yaradılan və daima modernləşdirilən “İyerixon”raket kompleksi xatırlanır.
Məqalə müəllifi iddia edir ki, modifikasiya edilən raket kompleksi birbaşa trayektoriya ilə Çerniqov vilayətinin sərhəddindən buraxılarsa Moskvaya çata bilər”. “LORA” raket kompleksi məqalədə HIMARS silahı səviyyəsində dəyərləndirilir. Müəllif həmçinin “Lora”nın Azərbaycan Silahlı Qüvvləri tərəfindən 2020-ci ildə istifadə edilməsini xatırladır və o cümlədən iddia edir ki, kompleksin köməyilə körpü partladılıb.
“Rəsmi məlumatın olmamasına rəğmən, İsrail artıq çoxdandır ki, Ukraynaya hərbi texnika və silahla yardım edir”, – məqalədə iddia edilir.
Söhbət, guya, İsrailin “üzə çıxan” zirehli transportyorundan gedir: “Amir” Ukrayna Silahll Qüvvələri döyüşçülərinin həyatını xilas etməyə kömək edir: “Sizin gördüyünüz xəzinədir…İnanın, bu araba çox şeyləri həll edir. O, gerçəkdən oğullarımızı həyatını xilas edir”, – Ukrayna ordusunun hərbi qulluqçusu texnikanı belə təsvir edib.Moderator.az