“Real Madrid”in daha bir futbolçusu klubu tərk edir.
Vətəninfo.az-ın məlumatına görə , bu barədə İspaniya KİV-i yazır.
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç “Real”dan ayrılmaq qərarını verib. Qeyd olunur ki, Modriçin “Real”la müqaviləsi başa çatıb və tərəflər onu uzatmaq fikrində deyil.
Xorvatiyalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. İlkin məlumata görə, yarımmüdafiəçi illik 120 milyon avro məvacib alacaq.
Kərim Benzema və Marko Asensio daha əvvəl Real Madriddən ayrıldıqlarını açıqlamışdılar. “Real” da belçikalı yarımmüdafiəçi Eden Hazardla müqaviləni qarşılıqlı razılıq əsasında pozduğunu açıqlayıb. Şayiələrə görə, Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək, Marko Asensio isə yaxın günlərdə Fransa PSJ-si ilə müqavilə imzalayacaq.