image-lukasenkobackend

Lukaşenko:  Belarus bu halda müharibəyə qatılacaq

image-reklam_sirab_01

Belarus prezidenti Aleksandr Lukaşenko xarici və yerli jurnalistlərlə  görüşü zamanı ölkəsinin hansı halda müharibəyə başlayacağını bəyan edib. Vətəninfo.az xəbər verir ki, Belarus prezidenti bəyan edib ki, əgər hər hansı halda Belarus ərazisinə raket düşsə o zaman müharibəyə qərar verəcək.

“Əgər Belarusa qarşı təcavüz etsələr, cavab ən qəddar olacaq. Müharibə isə tamamilə fərqli xarakter alacaq”, – Belarus lideri vurğulayıb.

Aleksandr Lukaşenko qeyd edib ki, bu, təkcə Ukraynaya deyil, digər qonşulara da aiddir.

“Bunlar Ukrayna tərəfinin düşünülmüş hərəkətləri idi. Sadəcə niyə lazım olduğunu bilmirəm. Onlar ilk dəqiqələrdə Belarus ərazisindən hücuma məruz qalıblar. Bu, bir neçə dəqiqə əvvəl, xüsusi hərbi əməliyyat başlamazdan əvvəl idi”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki