Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarından danışıb.
Vətəninfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Belarus prezidenti bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Qarabağ problemini hər zaman sülh yolu ilə həll etməyə çalışıb: “Belarus KTMT-nin sədri olanda mən bu problemlə məşğul olmuşam. Əliyevlə danışıqlar apararkən zarafatla ondan soruşdum: “İlham Əliyevdən Ermənistana necə kömək edə bilərik?-deyə soruşdum. İlham Əliyev isə Qarabağ problemi sülh yolu ilə həll edilsə ilkin olaraq Ermənistana 5 milyard ABŞ dolları sərmayə qoymağa hazıram, dedi. Amma rəsmi İrəvan bu təklifi qəbul etmədi və biabırcasına məğlub edildi”- deyə Lukaşenko bildirib.


























