image-29680569-b06e-4876-a117-c602e4e6a026backend

Mahirə Adnayeva Sədərək İcra Hakimiyyətini bazara necə çevirib?

image-reklam_sirab_01

“Adnayeva Mahirə İsmayıl qızı Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyi gündən rayonda bütün idarə, təşkilatlar və özəl sektor bu xanımın nəzarətinə keçib”.

Bunu bir qrup Sədərək sakini “AzPolitika.info”-ya ünvanladıqları şikayət məktubunda bildirib.

Şikayətçilər qeyd edirlər ki, M.Adnayeva Rayon İcra Hakimiyyətindəki və digər sahələrdəki əsas vəzifələri öz ailə üzvləri və yaxın qohumları arasında bölüşdürərək, Sədərəkdə “ailə hakimiyyəti” yaradıb: “Dövlət idarə və təşkilatlarına nəzarət İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Əliyev Natiq Həsən oğluna (Mahirə Adnayevanın bacısının həyat yoldaşı),rayonda ümumitəhsil və məktəbdən kənar müəssisələr (idman, şahmat, uşaq texniki yaradıcılıq mərkəzi və uşaq bağçası) təhsil şöbəsinin xəzinədarı Qasımova Məhəbbət Bayram qızına (Mahirə xanımın bibisi), hava məlumat bürosu, tele-ötürücü, mədəniyyət şöbəsi Qasımov Oruc Bayram oğluna (Mahirə xanımın əmisi) həvalə edilib.

Mahirə xanım vəzifəyə təyin olunan kimi, Sədərəkdəki tarix muzeyində çalışanların hamısı əsassız şəkildə işdən qovulublar. Əvəzində 1000 manat rüşvət qarşılığında muzeyə yeni işçilər qəbul edilib”.

image-bf11c3e9-36cc-4b3b-baa8-e08f98a8aaca

Şikayətçilərin sözlərinə görə, Sədərək aqrar rayon olduğundan əhalinin böyük əksəriyyəti əkinçilik və maldarlıqla məşğul olur: “Kənd sakinləri əkinçiliklə məşğul olmaq üçün ilk növbədə Mahirə xanımın həyat yoldaşı Ramazan bəydən icazə almalıdırlar. Çünki rayon ərazisində bələdiyyə torpaqlarının əkilməsi və suvarılması R. Adnayevin şəxsi nəzarətindədir.

Bundan əlavə, insanlar saxladıqları mal-qaranı kəsib, satmaq üçün Sədərək Kənd İcra nümayəndəsi Əliyev Müslüm Məmməd oğlundan icazə (“hörmət” etməlidirlər-red.) almalıdırlar. Bir iri buynuzlu heyvanın kəsimi üçün Ə. Müslüm və Rayon Baytarlıq İdarəsinin müdiri Hüseynov Bahadur 100 manat, başçının sürücüsü və oğlu Adnayev Eltən isə 50 manat pul tələb edir. Bu ödənişləri etməyən şəxslər ən azı 3 ay gözləməli olurlar”.

Sakinlər Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimindən də razı olmadıqlarını bildirirlər: “Mərkəzi Xəstəxananın baş həkimi Kamalə xanım sabiq İcra başçısı Həbib İbrahimovun hayat yoldaşıdır. Kamələ xanım işlədiyi dövrdə insanlar ilkin tibbi yardım almaq üçün belə qonşu rayonlara üz tutmalı olublar. Xəstəxanada insanların öz ciblərindən pul verib aldıqları iynəni belə pulsuz vurmurlar. Yeri gəlmişkən, Kəmalə xanım Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin 1-ci müavini Azər Zeynalovun əmisi qızı oluğundan, ona heç kim gözün üstə qaşın var deyə bilməz”.

Şikayətçilər məktubun sonunda M.Adnayevanın bir illik fəaliyyəti dövründə Sədərək rayonunun bərbad hala düşdüyünə diqqət çəkərək, Dövlət Təhlükəsizliyi Xidmətinin Sədərək Rayon İcra Hakimiyyətində yoxlamalar aparmasını xahiş edirlər.

Şikayətdə qeyd olunanlarla bağlı Sədərək Rayon İcra Hakimiyyətinin və M.Adnayevanın da fikirlərini işıqlandırmağa hazırıq. 

İstinad: “AzPolitika.info”

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki