Fransa prezidenti Emmanuel Makron milli komandanı dünya çempionatının final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib. Dünya çempionları yarımfinalda Mərakeş yığmasına 2:0 hesabı ilə qalib gəlib. Vətəninfo.az xəbər verir ki, Makron tribunadan Didye Deşamın rəhbərlik etdiyi komandaya dəstək olub.
“Mərakeş kimi güclü komanda ilə oynadıq. Komandamızı təbrik edirəm. Bu gözəldir.
Deşam üç finalda qalib gəlib. O, komandada qalmalıdır. Mən bu komanda ilə çox qürur duyuram”, – deyə Makron bildirib.
Finalda dekabrın 18-də Fransa komandası Amerika kubokunun qalibi Argentina ilə mübarizə aparacaq.