image-downloadbackend

Makron Putinin Avropadakı emissarıdır…

image-reklam_sirab_01
“Dünən Parisdə bir neçə Şərqi Avropa ölkəsini təmsil edən diplomatlar Fransa prezidenti Emmanuel Makronun yeni Avropa təhlükəsizlik arxitekturasında Rusiya üçün təhlükəsizlik təminatları ilə bağlı son açıqlamalarına görə rəsmi etirazlarını bildiriblər.” –Vətəninfo.az xəbər verir kiz, bunu politoloq Yeganə Hacıyeva bildirib.
Politoloq bildirib ki,  Çexiya, eləcə də Latviya, Litva, Polşa, Slovakiya və Estoniya nümayəndələri Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinə yazılı etiraz məktubu təqdim ediblər.
“Məktubda Rusiya ilə Avropanın təhlükəsizliyi məsələlərinə dair danışıqlar ideyası tənqid edilib, belə ki, Moskvanın dialoqdakı məqsədinin Avropanı parçalamaq və zəiflətmək olduğu xatırladılıb.
Bundan əvvəl Makron ABŞ-a səfərindən sonra TF1 telekanalına müsahibəsində demişdi ki, gələcək Avropa təhlükəsizlik arxitekturası Rusiya üçün də təminatlar verməlidir.
Bundan öncə də bir neçə dəfə Makron Rusiyanı , xüsusi ilə Putini müdafiə edən bəyanatlar verib.
Bu bəyanatların ən dəhşətlisi isə heç şübhəsiz , bir neçə aylıq işğalı zamanı Ukraynanın İrpen, Buça şəhərlərində mülki insanlara qarşı soyqırım , kütləvi qətllər törədilməsi , aşkar edilən kütləvi məzarlıqlar və s. kimi müharibə və bəşəriyyətə qarşı cinayətlərin araşdırılması zamanı səsləndirdiyi bəyanat idi.
Onda Makron “bu cinayətlərin araşdırllması və elan edilməsi prosesində prezident Putinin simasının qorunması vacibdir” kimi absurd bəyanat vermişdi. Bu təxminən “qətl haqqında danışın, amma qatilin simasını qoruyun” cağırışı idi. Makron Putinin Avropadakı emissarıdır…”- deyə politoloq bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki